featured-image-45072

“Sumqayıt”ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

“Gənclik şəhəri” təmsilçisindən Msport.az-a verilən məlumata görə, bunlar pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi yığmasına cəlb edilən Tresor Mossidir.

Pakistan millisi martın 21-də və 26-da dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.

Çad yığması martın 22 və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq, Burundi isə martın 22-də və 25-də Madaqaskar, Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Bənzər xəbərlər