featured-image-44142

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda keçirilməsi nəzərdə tutulan “Sumqayıt” – “Kəpəz” oyununun başlama saatı dəyişdirilib.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə matç vəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da start götürəcək.

Qeyd edək ki, görüş martın 1-də olacaq.

Bənzər xəbərlər