“Sumqayıt” legionerini iki aylıq itirdi
“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub.
Msport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda (1:3) zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.
Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında baş tutan əməliyyat uğurlu keçib.
Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək. Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.