“Sumqayıt” – “Sabah” oyununun hakimləri
Azərbaycan Premyer Liqasının II turunda təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda təyinatlar müəyyənləşib.
Msport.az xəbər verir ki, matçı Rəşad Əhmədov idarə edəcək.
Ona Cəmil Quliyev və Eyyub İbrahimov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək.
Tural Qurbanov VAT, Elşad Abdullayev AVAR kimi təyinat alıb. Rəhim Həsənov hakim-inspektor, Eldəniz Musayev isə AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 25-də gerçəkləşəcək qarşılaşma saat 18:30-da start götürəcək.