featured-image-43643

Azərbaycan Premyer Liqasında bu gün XXIII turun daha iki matçı baş tutacaq.

Msport.az xəbər verir ki, ilk olaraq “Sumqayıt” doğma azarkeşləri önündə “Turan Tovuz”u qəbul edəcək.

Meydan sahibləri 35 xalla 2-ci, qonaqlar 29 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 3-4-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Bənzər xəbərlər