featured-image-43856

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIII turunda yaşananlara hüquqi qiymət verib.

Msport.az xəbər verir ki, “Sumqayıt” klubu 2300 manat cərimələnib. “Gənclik şəhəri” təmsilçisi Premyer Liqanın XXIII turunda qolsuz başa çatan “Turan Tovuz”la matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.

Komanda meydana gec daxil olduğu üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İK “Kəpəz” klubunu isə 700 manat cərimələyib. Gəncə klubunun 5 üzvü “Sabah”a 3:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılmışdı.

Bənzər xəbərlər