“Sumqayıt” və “Turan Tovuz” cərimələndi
AFFA İntizam Komitəsi Premyer Liqanın XXVIII turunda yaşananlara hüquqi qiymət verib.
Msport.az xəbər verir ki, “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov iki oyunluq cəzalanıb.
Buna mütəxəssisin “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII turunun matçının 90+2-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
“Gənclik şəhəri” təmsilçisi Rəhimova görə 1500 manat, həmin görüşdə 4 futbolçusunun sarı vərəqə alması ucbatından 700 manat cərimələnib.
“Turan Tovuz” da 700 manat ödəcəyək. Tovuz klubunun 4 oyunçusu “Səbail”lə heç-heçə (1:1) etdikləri matçda sarı vərəqə görmüşdü.