“Sumqayıt” və “Zirə”də itki
“Sumqayıt”ın iki futbolçusu cəzalı duruma düşüb.
Msport.az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər komanda bir futbolçusunu itirib.
Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner “Turan Tovuz”a qarşı oynamayacaq.
“Zirə” isə “Neftçi” ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.
Qeyd edək ki, “Sumqayıt”la “Zirə”nin dueli qolsuz heç-heçə ilə başa çatıb.