featured-image-42959

Bu gün bütün futbol ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Mehdi Hüseynzadə adına şəhər stadionu yenidən qurulduqdan sonra ilk oyuna ev sahibliyi edirdi. Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” matçını izləyənlər arasında kimlər yox idi ki?! Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR Prezidenti Rövşən Nəcəf, Azərbaycan çempionatının oyunlarında nadir hallarda gördüyümüz AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, millət vəkili İmamverdi İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev və s.

VİP tribunada qonaqlar arasında diqqətimizi cəlb edən artıq fəaliyyət göstərməyən “Lider” televiziyasının sabiq rəhbəri Ədalət Əliyev oldu. Maraqlıdır ki, keçmiş televizyonçu stadiona “Sumqayıt” formasında gəlmiş və meydan sahiblərinə cılğıncasına azarkeşlik edirdi. Sən demə, bu təsadüfi deyilmiş. Ədalət Əliyevin oğlu Ayxan “Sumqayıt” klubunun Müşahidə Şurasının üzvüdür. SOCAR-ın Aparar rəhbərinin müavini olan Ayxan Əliyev ötən ilin dekabrında klubun Müşahidə Şurasının (MŞ) üzvü seçilib. Məhz həmin toplantıda “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məəmmədli “Sumqayıt”ın MŞ-nın sədri seçilmişdi.

Bənzər xəbərlər