Sumqayıtda qolsuz heç-heçə
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Msport.az-ın məlumatına görə, günün ilk matçında “Sumqayıt” “Tovuz Turan”ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
“Gənclik şəhəri” təmsilçisi hazırda 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında “Neftçi” və “Zirə” üz-üzə gələcəklər. Ötən gün “Sabah” “Kəpəz”i məğlub edib – 3:2. “Səbail” – “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.