featured-image-43907

Məhkəmə Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveslə bağlı qərar verib.

Msport.az xəbər verir ki, tanınmış müdafiəçi 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, keçmiş müdafiəçi zərərçəkənə 150 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Dani Alves 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Bənzər xəbərlər