featured-image-42094

Azərbaycan hakimlərinin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı davam edir.

Msport.az xəbər verir ki, hazırlıq prosesinə 20 referi və 24 referi köməkçisi qatılıb.
Ötən gün ədalət təmsilçilərinin növbəti nəzəri məşğələsi baş tutub.

İtaliyalı tanınmış FIFA referisi Matteo Trefoloni azərbaycanlı hakimlər üçün seminar keçib.

Qeyd edək ki, toplanışda referilərdən Əliyar Ağayev, Rauf Cabarov, Elçin Məsiyev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Rəşad Əhmədov, Kamal Umudlu, Fərid Hacıyev, Tural Qurbanov, Rauf Allahverdiyev, Nicat İsmayıllı, Cavid Cəlilov, Kamranbəy Rəhimov, Emin Əliyev, Kamran Əliyev, Əli Əliyev, Fəridə Lütfəliyeva, Əkbər Əhmədov, Şamil İmanzadə, İslam Məmmədov, referi köməkçilərindən isə Namiq Hüseynov, Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Cəmil Quliyev, Rahil Ramazanov, Müslüm Əliyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rəhman İmami, Vüsal Məmmədov, Teymur Teymurov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Asiman Əzizli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Kərim Zeynalov, Tərlan Talıbzadə, Sənan Atayev, Mirnihat Seyidov, Samir Qaracayev və Orxan İbişov iştirak edirlər.

Yanvarın 8-də start götürən hazırlıq prosesi ayın 18-dək davam edəcək.

Bənzər xəbərlər