featured-image-22361

“Zirə”dən ayrıldıqdan sonra klubsuz qalan Təmkin Xəlilzadə futzal üzrə II liqada “Rəvan” komandasının heyətində çıxış edir.

Msport.az xəbər verir ki, 29 yaşlı oyunçu CBC Sport-a müsahibəsində gələcək karyerasından danışıb. O, həmçinin haqqında danışılan mərc oyunlarına marağı ilə bağl sualı da cavablandırıb:

“Bunu mən də bəzi yerlərdən eşitmişəm. Belə bir şey olsaydı, yəqin ki, Təmkin Xəlilzadə böyük futbol oynamazdı.

Bu gün real təklif olsa, əlbəttə, futzal yox, böyük futbolu seçəcəm. Çünki ömrümün yarısını böyük futbolla məşğul olmuşam. Mənim sadəcə futzala marağım var. Böyük futbol oynamayacağım halda, o zaman nəsə fikirləşmək olar. Bu liqada yox, yüksək dəstədə”.

AYXAN 

 

Bənzər xəbərlər