featured-image-14124

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qışda komandanı tərk edə bilər.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, niderlandlı baş məşqçi Erik ten Haq portuqaliyalı futbolçunun gedişinə qarşı çıxmayacaq.

Ten Haq İngiltərə klubuna yeni gələndə Ronaldonun qalmasını istəyirdi, indi isə o, ulduz futbolçunun komandadan mümkün ayrılığına sakit yanaşır. Söhbət hər dəfə Portuqaliya yığmasının üzvündən düşəndə 52 yaşlı mütəxəssis soyuqqanlılığını qoruyub saxlayır. Lakin əlverişli təklif olarsa, Ten Haq qış “transfer pəncərə”sində 37 yaşlı forvardın gedişinə əngəl törətməyəcək.

Kriştiano ümid edir ki, Qətərdə keçiriləcək dünya çempionatındakı uğurlu çıxışı transfer şanslarını artıracaq.

Ronaldo “Mançester Siti” ilə son derbidə (3:6) ehtiyatda qalıb və meydana çıxmayıb.

Bənzər xəbərlər