featured-image-14004

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonun müdafiəsinə qalxıb.

Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu Millətlər Liqasının son matçlarından fərqlənə bilməyib. Bundan sonra bəzi azarkeşlər onun Qətərdə keçiriləcək dünya çempionatına aparılmamasını tələb ediblər. Niderlandlı mütəxəssis bildirib ki, “Mançester Yunayted”in hücumçusu hər zaman təzyiq altında oynamağı bacarıb:

“Bunu aradan qaldıracaq yeganə adam Kriştianonun özüdür. Karyerası ərzində o hər zaman bütün dünyanın diqqət mərkəzində olub. Ona həmişə böyük ümidlər bəslənilib. Əminəm ki, Ronaldo milliyə qayıdacaq. O, bütün karyerası ərzində qollar vurub, bu il də edəcək. Fikirləşirəm ki, ondan sonra hamı səsini kəsəcək.

Ronaldo “Mançester Siti”yə qarşı oynaya bilərmi? Bəli, mən buna tam əminəm. Onun keyfiyyətləri ilədir ki, hər zaman start heyətində meydana çıxa bilər”.

 

Bənzər xəbərlər