Ter Ştegenə Superliqadan təklif
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Türkiyə Superliqasına yollana bilər.
Msport.az xəbər verir ki, “Beşiktaş” Kataloniya klubuna almaniyalı qolkiperin icarəyə götürülməsi ilə bağlı rəsmi təklif göndərib.
İstanbul təmsilçisi bununla “Barselona”nın maaş büdcəsini yüngülləşdirməsinə yardım etməyi planlaşdırır. “Beşiktaş” gələn ilin iyununda Ter Ştegeni 8 milyon avroya satınalma hüququnun da müqaviləyə daxil edilməsini istəyir.
33 yaşlı futbolçu cari mövsümdə hələ meydana çıxmayıb. O, yayda ağır zədə alıb və bərpa prosesinə davam edir. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.







