featured-image-52725

“Özümüzlə qürur duymalıyıq”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Tiaqo Silva Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”i (Xorvatiya) penaltilər seriyasında məğlub etdikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

Matçın qəhrəmanı olan 24 yaşlı portuqaliyalı qapıçı güclü çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir komandaya qalib gəldikləri üçün xoşbəxt olduqlarını bildirib: “Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Amma ümumilikdə nəticədən məmnunuq, xoşbəxtik. Növbəti mərhələdə “Omoniya” ilə oyuna köklənməliyik”.

– Penaltilər seriyasından öncə baş məşqçi Rəşad Sadıqov sizinlə danışarkən nə dedi?

– ⁠Bildirdi ki, Avropa Liqasında “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında məndən o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Bunu pozitiv qəbul edirəm. Bəlkə də, bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum.

– Qarşılaşmadakı performansınızla “Şerif”lə matçdakı günahlarınızı yumuş olduz?

– ⁠Bu oyunda “Şerif”lə matçdakından fərqli, penaltilər seriyasından faydalana bildik. Bu hal moldovalılarla dueldə baş verməmişdi. Amma ümumilikdə hər bir oyun təcrübədir. Səhvlərimizdən dərs çıxardıq.

– ⁠Penaltilər seriyasında komanda yoldaşlarınız qol vura bilməyəndə hansı hissləri keçirirdiz?

– ⁠Rəqibin də qapıçısı 3 penaltini dəf etdi. Hər dəfə mən də topu qaytarırdım. Bu hal təkrarlananda artıq təzyiq artırdı. Amma bu təzyiqə güc gəlib, uğura imza ata bildim. ⁠Futbol kollektiv oyundur. Məşqçi heyəti və futbolçular olaraq rəqibin necə penaltilər yerinə yetirməsinə diqqət etmişdik. İlk 3 penaltini analizlərə əsas hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır. Buna görə də məşqçilərimə təşəkkür edirəm ki, mənə analizlərimdə çox kömək oldular.

– ⁠Pley-offda “Omoniya” ilə qarşılaşacaqsız. Rəqibin oyununu isləmisiz?

– ⁠Heç kimdən çəkinmirik. Rəqibin kimliyindən asılı olmayaraq, sonadək mübarizə aparacağıq. İnanırıq ki, bunun nəticəsində də istəyimizə nail olacağıq.

Bənzər xəbərlər