Tiaqo Silva “Milan”a qayıdır?
“Fluminense”nin müdafiəçisi Tiaqo Silva “Milan” qayıda bilər.
Msport.az xəbər verir ki, klubda bir neçə həftədir ki, Silvanın keçidi ilə bağlı danışıqlar getdiyi bildirilir.
“Rossonerilər” 41 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Tiaqo Silva 2009-2012-ci illərdə “Milan”da çıxış edib. O, Avropada “Portu”, “Dinamo” (Moskva), PSJ və “Çelsi”də də çıxış edib.







