"Tottenhem" - "Qarabağ" oyunu fransalı hakimlərə tapşırıldı
UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk tur oyununa təyinatlar açıqlanıb.
Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
Var hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas olacaq.
Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.