featured-image-47759

AFFA İntizam Komitəsi “Turan Tovuz”un futbolçusu Roderik Milleri 4 oyunluq cəzalandırıb.

Msport.az xəbər verir ki, buna 32 yaşlı oyunçunun “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa yol verməsi səbəb olub.

Beləliklə, müdafiəçi üçün mövsüm başa çatıb. Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.

“Zirə” isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Bənzər xəbərlər