Tovuzdakı oyundan sonra "Kəpəz"in 2 azarkeşinin halı pisləşdi
Azərbaycan Kubokunda “Turan Tovuz” və “Kəpəz” komandaları arasında keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra qonaqların 2 azarkeşinin halı pisləşib.
Msport.az xəbər verir ki, bu səbəbdən Tovuz şəhərinin çıxışına polis və təcili tibbi yardım maşınları gəlib. Sözügedən fanatlara ilkin tibbi yardım göstərilib.
Hadisənin nədən qaynaqlandığı dəqiq bilinməsə də, bunun iki klubun tərəfdarları arasında dava ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb. Tovuz təmsilçisi ilk matçdakı qələbə (2:1) sayəsində yarımfinala adlayıb.







