“Trabzonspor” “Bastiya”nın gənc istedadını transfer etdi
“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Fransanın “Bastiya” klubundan Krist İnao Oulai ilə anlaşıb.
19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Trabzon təmsilçisi bu transferə görə, 5,5 milyon avro ödəyib.
Futbolçunun sonrakı satışından “Bastiya” 20 faiz qazanacaq.