featured-image-74087

“Trabzonspor”un ukraynalı futbolçusu Daniil Sikan karyerasını “Anderlext”də davam etdirəcək.

Msport.az xəbər verir ki, Belçika klubu 24 yaşlı oyunçunun transferi üçün Türkiyə təmsilçisinə 4 milyon avro ödəyəcək.

Əgər gələcəkdə “Anderlext” hücumçunu harasa satarsa, əldə edəcəyi vəsaitin 20 faizi “Trabzonspor”a çatacaq.

Qara Dəniz təmsilçisinə 2025-ci ildə gələn Sikan 19 oyunda 4 qol vurub.

O, daha əvvəl “Şaxtyor”, “Mariupol”, “Hanza” (Almaniya) komandalarının da formasını geyinib.

Sikan Ukrayna millisində 7 matçda 1 dəfə fərqləınib.

Bənzər xəbərlər