“Trabzonspor” səfərdən qələbə ilə dönür
UEFA Konfrans Liqasında Liqa mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, bu günə nəzərdə tutulan 18 oyundan 9-u yekunlaşıb.
“Trabzonspor” Finlandiyada “KuPS” üzərində 4:2 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Frakulino Dju dubl edib. Qollardan birinin müəllifi Muhammed Salah olub.
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Danimarka təmsilçisi “Midtyullann” ilə heç-heçə edib. Zamiq sona qədər ehtiyatda qalıb.
Latviya klubu “Riqa” öz meydanında “Kayrat”la bərabərə qalıb – 1:1.
UEFA Konfrans Liqası, Liqa mərhələsi
20:45. “Gent” (Belçika) – “Orhus” (Danimarka) – 1:0
Qol: Qore, 87
20:45. “Panatinaikos” (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) – 2:1
Qollar: Dessers, 10-pen; Kvanqva, 70 – Yoiç, 80
20:45. “Luqano” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) – 3:2
Qollar: Əli Ajəti, 25; Monkada, 84; Qrgiç, 90-pen. – Helsinki, 32; Kruniç, 67
20:45. “KuPS” (Finlandiya) – “Trabzonspor” (Türkiyə) – 2:4
Qollar: Pennanen, 54; Enqvall, 90+6 – Onuaçu, 3; Salah, 44; Frankulino, 47; 90+1
20:45. “Universitatya” Krayova (Rumıniya) – “Xetafe” (İspaniya) – 1:1
Qollar: Əl Həmavi, 59 – Qudeli, 81
20:45. “Riqa” (Latviya) – “Kayrat” (Qazaxıstan) – 1:1
Qollar: Oulads, 12; Badamosi, 29 – Mark Qual, 5-pen.
20:45. ÇSKA (Bolqarıstan) – “Monako” (Fransa) – 1:2
Qollar: Zvarts, 76 – Brunner, 3; Fati, 44
20:45. “Myallbü” (İsveç) – “İnter Eskaldes” (Andorra) – 2:0
Qollar: Berqström, 54; Norén, 65
20:45. “Eqnatiya” (Albaniya) – “Midtyullann” (Danimarka) – 1:1
Qollar: Qruda, 26 – Quesunq Ço, 33







