“Turan”la oyunda 1-ci, Tovuzda 1000-ci
“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.
Msport.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.
“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.
“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.
Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.