"Turan Tovuz" cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, “Turan Tovuz” klubu cərimələnib.
Bölgə təmsilçisi evdə “Neftçi” ilə heç-heçə etdikləri Misli Premyer Liqasının XVIII turunun oyununda dörd futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb.
Meydan sahibləri bu səbəbdən 700 manat ödəyəcək.