featured-image-43406

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqlarda isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Turan Tovuz” 6-cı pilləyə yüksəlib. 15 xala malik “qırmızı-qaralar” sonuncudur.

Qeyd edək ki, bu gün “Zirə” – “Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” matçları da olacaq. turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”ə qalib gəlib (4:1), “Qarabağ” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 3:3.

Bənzər xəbərlər