featured-image-42534

Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Msport.az-ın məlumatına görə, açılış oyunu Tovuzda keçirilib.

“Turan Tovuz” komandası doğma azarkeşləri önündə “Səbail”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Ayxan Quseynov açıb. 73-cü dəqiqədə isə Luis Paçu adını tabloya yazdırıb. Qonaqlar 81-ci dəqiqədə Pedro Nunonun dəqiq zərbəsi sayəsində fərqi minimuma endirməklə ümidləniblər. Lakin cəmi 5 dəqiqə sonra qərb komandası yekun nəticəni müəyyənləşdirən qolu vurub. Paçu dublunu rəsmiləşdirib.

Bu qalibiyyət sayəsində xallarının sayını 25-ə çatdıran “Turan Tovuz” 7-ci pilləyə yüksəlib. “Səbail” isə 27 xalla 5-ci yerdə qalıb.

Qeyd edək ki, turun digər oyunları yanvarın 27-28-də keçiriləcək.

Bənzər xəbərlər