"Turan Tovuz" böyük məbləğdə cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turunda yaşananlara hüquqi qiymət verilib.
Komitə “Turan Tovuz”, “Kəpəz” və “Neftçi”ni cərimələyib.
Azərbaycan Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
Azərbaycan Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 52.1);
Azərbaycan Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” komandası 1000 manat cərimə edilir (maddə 43.7);
Azərbaycan Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
AzərbaycanPremyer Liqasında XIX turun “Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 51.2);