featured-image-41774

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Msport.az xəbər verir ki, Premyer Liqa klubu Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” ilə üz-üzə gələcək.

Qarşılaşma “Topkapı Sport Center”in meydançasında baş tutacaq. Rumınlarla matçın start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.

Qeyd edək ki, “Turan Tovuz” digər iki yoxlama görüşünü yanvarın 15-də keçirəcək. Qərb klubu həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” komandaları ilə görüşəcək.

Bənzər xəbərlər