featured-image-41805

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünə çıxacaq.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniya klubu “Voluntari” ilə qarşılaşacaq.

Bu komandaların dueli dünən baş tutmalı idi. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar bu günə təxirə salınıb. “Topkapı Sport Center”in meydanında keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ayxan Abbasov yetirmələrini yanvarın 15-də daha iki matçda sınayacaq. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Turan Tovuz” yanvarın 22-də Premyer Liqanın XIX turunda “Kəpəz”lə üz-üzə gələcək.

Bənzər xəbərlər