"Turan Tovuz" - "Sabah" oyununda həyəcanlı anlar
Azərbaycan kubokunun 1\8 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununda xoşagəlməz hadisə yaşanıb. Msport.az xəbər verir ki, birinci hissədə meydan sahiblərinin müdafiəçisi Denis Marandiçi ağır zədə alıb.
“Sabah”ın hücumu zamanı Pavel Şafranko topa vurmaq istəsə də, o, Marandiçinin ayağına zərbə endirib. Nəticədə, ayağı sınan Marandiçi ağrılar içində yerdə qalıb. Moldovalı futbolçu təcili-tibbi yardım maşınında xəstəxanaya çatdırılıb.