featured-image-70326

“Turan Tovuz”un doğma Tovuza qayıdacağı tarix müəyyənləşib.

Msport.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqanın X turunda “Şamaxı”nı öz arenasında qəbul edəcək.

Bu barədə klubdan məlumat verilib. Bildirilib ki, arenanın ot örtüyü bu ayın sonuna qədər tam hazır olacaq. Son olaraq ot biçimi və test prosesi olacaq.

Qeyd edək ki, “Turan Tovuz” mövsümün əvvəlindən rəqiblərini “Azərsun Arena”da qəbul edir. Premyer Liqada X turun oyunları 31 oktyabr – 2 noyabr aralığında keçiriləcək.

Bənzər xəbərlər