featured-image-40533

“Turan Tovuz” klubunun kapitanı Şəhriyar Əliyev üçün il erkən başa çatıb.

Msport.az xəbər verir ki, zədədən əziyyət çəkən 31 yaşlı futbolçu mövsümün ilk yarısındakı növbəti matçlarda meydana çıxa bilməyəcək.

Təcrübəli müdafiəçi əvvəlki zədəsini təzələyib.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqa çərçivəsində ilin son oyunlarında “Neftçi”, “Zirə” və “Araz-Naxçıvan”la qarşılaşacaq. Komanda həmçinin Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə” ilə üz-üzə gələcək.

Bənzər xəbərlər