featured-image-48633

“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, müdafiəçi ölkə yığmasının İspaniyada keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.

Panamalıların hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvəsini sınaması gözlənilir.

Qeyd edək ki, Panama millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Qayana, 3 gün sonra isə Montserrat yığmaları ilə görüşəcək.

Bənzər xəbərlər