Türkiyə Kubokunu "Qalatasaray" qazandı
Bu gün Türkiyə Kubokunun 2024/25 mövsümünə yekun vurulub.
Msport.az xəbər verir ki, mükafatın sahibi “Trabzonspor”la “Qalatasaray” arasında final oyununda bəlli olub.
Görüş Qaziantep stadionunda baş tutub. Ötən il finalda “Beşiktaş”a 2:3 hesabı ilə uduzan Trabzon təmsilçisi bu dəfə də həlledici matçda qələbə qazana bilməyib. 6 ildən sonra final həyəcanı yaşayan “Qalatasaray” 3 cavabsız qolla qalib gəlib.
İstanbul təmsilçisi tarixində 19-cu dəfə kuboka sahib çıxıb.