featured-image-72305

Türkiyə millisinin, “Fənərbağça” və “Beşiktaş” klublarının sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.

Msport.az xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub.

İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.

Qeyd edək ki, Gökhan Gönül “Fənərbağça” ilə iki, “Beşiktaş”la bir dəfə ölkə çempionu olub.

Bənzər xəbərlər