featured-image-41756

“Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkuboku Azərbaycanda baş tuta bilər.

Msport.az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan matça ev sahibliyi etmək niyyətindədir və Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərilib.

Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.

Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.

Bənzər xəbərlər