featured-image-49154

Türkiyə yığmasının sabiq futbolçusu Mehmet Topal baş məşqçilik fəaliyyətinə başlayır.

Msport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Rumıniyada fəaliyyət göstərəcək.

Belə ki, Mehmet Topal “Petrolul”un baş məşqçisi təyin olunub. 38 yaşlı çalışdırıcı 3 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Dardanelspor”, “Qalatasaray”, “Valensiya”, “Fənərbaxça”, “Başakşəhər” və “Beşiktaş” klublarının şərəfini qoruyan Topal Türkiyə yığmasında 81 oyun keçirib.

Bənzər xəbərlər