featured-image-48589

“Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik”.

Msport.az xəbər verir ki, bunu Türkiyə millisinin qapıçısı Fatma Şahin deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşən 33 yaşlı qolkiper görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Bu matçda ən böyük gücümüz azarkeşlərimiz olacaq. Ərzincanlı qardaşlarımızın tribunaları doldurmasını istəyirik.Ərzincana gəldiyimiz üçün xoşbəxtik. Bir çoxumuz daha əvvəl burada olmamışıq. Gözəl mühitlə qarşılaşdıq. Stadion həqiqətən çox yaxşıdır. Komanda olaraq motivasiyalıyıq. Bundan əlavə, Ərzincan futbol tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək. Bu da bizə qismət oldu. Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik.

Qeyd edək ki, mayın 31-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi iyunun 4-də Türkiyə yığmasını qəbul edəcək.

Bənzər xəbərlər