featured-image-43137

Duqlas Tanke ilə vidalaşmağa hazırlaşan “Kocaelispor” onun boşluğunu Ramil Şeydayevlə dolduracaq.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 31 yaşlı forvardı əvəz edə biləcək ən layiqli namizəd məhz azərbaycanlı hücumçu hesab olunur.

Qardaş ölkə mətbuatının yazdığına görə, Şeydayev “sambaçı” ilə müqayisədə daha sürətlidir: “Əvvəllər hücumun sivri ucunda oynayıb, qol duyumu Tankedən daha yüksəkdir. Üçüncü zonada topu ayağında tuta bilən, futbolu bilərək oynayan oyunçudur. Ön xətdə oynasa, “Kocaelispor” daha çox qol epizodu yaxalayacaq. “Adanaspor”la matçda öz səviyyəsini Sübut etdi”.

Qeyd edək ki, Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər