featured-image-12635

Azərbaycan Premyer Liqasının VI turunda ən çox azarkeş Qərb derbisində olub.

Msport.az xəbər verir ki, “Turan Tovuz” – “Kəpəz” matçını (2:0) 5 min tamaşaçı izləyib. Liderlər – “Qarabağ” və “Sabah”ın Suraxanıdakı görüşünə (4:3) stadiondan 1500 azarkeş baxıb.

Sumqayıtda yerli komanda ilə “Şamaxı”nın matçında 1300 azarkeş olub. Təəssüf ki, “Qəbələ”nin oyunlarına yerli publika yenə də ciddi maraq göstərmir. Halbuki bu tur Qəbələyə “Neftçi” gəlmişdi və əvəllər “ağ-qaralar”ın əyalətə səfəri əsl bayram əhval-ruhiyyəsində keçərdi. İndi isə “Qəbələ” – “Neftçi” qarşılaşmasını (1:2) 1000 nəfər izləyib.

Turun ən az maraq doğuran oyunu isə “Səbail” – “Zirə” matçı (1:2) olub. Bayılda həmin görüşə cəmi 700 nəfər baxıb.

 

Bənzər xəbərlər