featured-image-44028

17 yaşlılardan ibarət milli komandamız Minskdə keçirilən “İnkişaf kuboku” turnirində sonuncu yeri tutub. Msport.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi komanda 7-ci yer uğrunda görüşdə tacikistanlı həmyaşıdları ilə qarşılaşıb.

Yığmamızın heyətində yeganə qolu 32-ci dəqiqədə İslam Həsənov vurub.

Qeyd edək ki, bu millimizin turnirdəki yeganəə qolu olub. Xatırladaq ki, U-17 buna qədər Belarusa 0:2, Rusiyaya 0:1, Özbəkistanla isə qolsuz bərabərə qalıb.

Azərbaycan  (U-17) – Tacikistan (U-17) 1:3

Qollar: İslam Həsənov, 32 – Axmadjon Şoev, 23-pen. Samiallo Davlatov, 54, Furkon Raximzoda, 64.

Bənzər xəbərlər