U-17 millimiz ikinci oyunda da Moldovaya uduzdu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-18 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ikinci oyununu keçirib.
Msport.az xəbər verir ki, “Technical Center of FAM”da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Xatırladaq ki, millimiz ilk oyunda da Moldovaya 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, millimiz turnir çərçivəsində daha bir oyun keçirəcək.
11 sentyabr
14:30 (Bakı vaxtı). Latviya U-17 – Azərbaycan U-17
“Technical Center of FAM”







