featured-image-38851

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçi olduğu kollektiv sloveniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 0:3 hesablı məğlubiyyəti ilə bitib. Komanda ilk matçda Serbiyaya 1:5 hesabı ilə uduzmuşdu.

U-17 yığması növbəti görüşünü oktyabrın 27-də Lüksemburqa qarşı keçirəcək.

Bənzər xəbərlər