U-20-lərin dünya çempionatında finalçılar bilindi
Argentina U-20 millisi dünya çempionatının yarımfinalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, matçın yeganə qolunu 72-ci dəqiqədə “İnter Mayami”nin hücumçusu Mateo Silvetti vurub.
Beləliklə, Argentina finalda Mərakeş yığması ilə qarşılaşacaq. Afrika təmsilçisi yarımfinalda Fransanı penaltilərlə (1:1, pen. — 4:3) məğlub edib.