featured-image-69294

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Bolqarıstan yığmasına qarşı Avropa çempionatının seçmə oyununa çıxaracaq baş məşqçinin adına aydınlıq gəlib. Msport.az xəbər verir ki, U-21-ə Bolqarıstanla görüşdə Ayxan Abbasovun köməkçisi Elnur Çodarov rəhbərlik edəcək.

Ayxan Abbasov həmin gün əsas millini Ukrayna ilə oyuna çıxaracaq. Bolqarıstanla görüş sentyabrın 9-da saat 18:00-da, Ukrayna ilə qarşılaşma isə saat 20:00-da start götürəcək.  Bu səbəbdən, Abbasovun fiziki baxımdan hər iki komandanı meydana çıxarması mümkünsüzdür.

 

Bənzər xəbərlər