U-21 millimizin baş məşqçisi açıqlandı – RƏSMİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, AFFA -nın rəsmi saytı bu haqda məlumat yayıb.
U-21-in baş məşqçi postu müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.