featured-image-43288

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” oyunundan (3:3) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, azarkeşlərin yetərincə maraqlı qarşılaşma izlədiklərini deyib:

“O qədər maraqlı oyun oldu ki, mənim üçün nəticə o qədər də önəmli deyildi. Hətta 3-cü qolu buraxdığımız zaman rəqibi alqışladım. Azarkeşlər üçün çox maraqlı oyun oldu. Fərqli komandaya qarşı oynayırdıq. Həmişə “Sabah” bizə qarşı fərqli oyun göstərirdi. Son iki görüşü fərqli sistemdə oynadılar. Bu səbəbdən çətinliklərimiz oldu. Çox intizamlı bir komandaya qarşı oynadıq. Təhlükəli əks-hücumları var idi. Meydanda bunu çox sürətli şəkildə icra edə bilən futbolçuları var.  Müdafiə xətti çox yoruldu. Bunun faydalı olacağını düşünürəm. Hər iki komandanın futbolçularına alqış düşür”.

Ağdam klubunun baş məşqçisi son oyunlarda qapılarına çox penalti təyin edilməsini belə izah edib: “Bəlkə də bəzən bəsit penaltilər olur. Amma hər bir halda deyəcək sözümüz yoxdur. Komanda yaxşı müdafiə oluna bilirsə, bəzən standart vəziyyətdən vurulan qola görə ya qalib gəlirsən, ya məğlub olursan. Penaltilər də futbolun sevimli elementlərindən biridir”.

Q.Qurbanov “Sabah”la son iki matçda 7 qol buraxmaları məsələsinə də toxunub: “Əgər 7 qol görmüşüksə, müdafiədə heş də yaxşı oynamamışıq. Bu təkcə müdafiəçilərə aid deyil, ola bilər, komanda şəkilində müdafiədə səhvlərə yol vermişik. Penaltilər də varsa, deməli, rəqibi cərimə meydançamıza çox buraxmışıq. Futbolçular intizamlı idilər, amma rəqibin oyunçularını da nəzərə almaq lazımdır. Onlar öz tapşırıqlarını yaxşı yerinə yetirirdilər. “Braqa” ilə oyundan qabaq diqqət yetirəcəyimiz elementlər çoxdur. Məncə, futbolçularım da daha diqqətli olacaqlar. Orda dinamika, sürət daha fərqlidir. Biz topla davranmağı daha çox xoşlayırıq, belə olanda isə boşluqlar çox olur. Rəqibin keyfiyyətli futbolçuları olanda bundan istifadə etməyə çalışırlar. Bunun da qarşısını almağa çalışacağıq”. (CBC Sport)

Bənzər xəbərlər