"Uduzmağı da bacarmaq lazımdır" - "Barsa"nın prezidenti "Real"a söz atdı
“Barselona”nın prezidenti Joan Laporta “Real”ın ardıcıl ikinci il “Ballon d`Or”un təqdim olunma mərasimini boykot etməsinə münasibət bildirib.
Msport.az xəbər verir ki, Madrid klubunun üzvləri ötən il “Qızıl top”u Vinisius Junior yox, Rodri aldığına görə, tədbirə gəlməmişdilər.
“Nə istəyirlər eləsinlər. Biz “Barsa” haqqında düşünürük. Təşkilatçılara və nominantlara olan hörmətimizə görə, mərasimə hər zaman qatılacağıq. Udmaq da olar, uduzmaq da. Amma uduzmağı da bacarmaq lazımdır. Bizim bəxtimiz gətirib ki, çox qazanırıq, az məğlub oluruq”.